İsrail tibbi yardım dolu 3000 yük maşınının Qəzzaya daxil olmasını əngəlləyir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi bəyanat yayıb.

Səhiyyə Nazirliyinin rəsmisi Munir əl-Burş bildirib ki, israrlara baxmayaraq, İsrail hələ də TIR-ları buraxmaq niyyətini nümayiş etdirmir: "Qəzzadakı xəstəxanalarda artıq dərman və tibbi ləvazimat tükənib. Yaralılar bir yandan, bölgədə yoluxucu epidemiyalar yayılır. Üstəlik, kəskin işhal və meningit kimi xəstəliklər dərman çatışmazlığından kəskin artıb..."

Tahir Şəlvəli
MİA.AZ