Pakistanın nəzarətində olan Azad Cammu və Kəşmirdə toqquşma yaşanıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə 2 polis, 4 yaraqlı öldürülüb.
Regional polis idarəsindən bildirilib ki, təhlükəsizlik qüvvələri Ravalakot bölgəsində silahlıların olduğu barədə kəşfiyyat məlumatıalan kimi əməliyyata başlayıblar: "Bölgədə reyd zamanı baş verən qarşıdurmada 2 polis həlak olub, 4 Pakistan Talibanı (TTP) yaraqlısı zərərsizləşdirilib.
Hazırda ərazidə yoxlama gücləndirilib".
Tahir Şəlvəli
MİA.AZ