Məşhur sənətçi İbrahim Tatlısəs maraqlı açıqlamalar verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, yenidən evlənmək niyyətini gzilətməyən məşhur müğənni ad çəkmədən bir qadın və bir kişini isə əsla bağışlamayacağını bəyan edib.
İbrahim Tatlısəs illər sonra onu "yaralayan" həmin iki nəfər haqda belə deyib: "Onları bağışlamayacağam. Nə məzarıma gəlsinlər, nə də adımı çəksinlər. Öləndən sonra yalandan göz yaşı tökmələrini istəmirəm. Onların həyatımda yeri yoxdur və olmayacaq. Qəbrimə gəlməməlidirlər, bir gün öləcəyəm, sözsüz ki. Onlar üçün bağışlanma və yalvarış, əfv yoxdur. Məzarıma gəlsələr, qovun.
Mən o insanlarla eyni şəhərdə olmaq istəmədiyim üçün İzmirə köçdüm. Lazım olsa, Bodrumu da tərk edəcəm. Onların kölgəsi belə kifayətdir. Əslində məhkəməyə müraciət edib mənə yaxınlaşmalarına rəsmən qadağa qoyduracam".
Daha sonra evlənmək istədiyini, lakin dürüst arvad tapa bilmədiyini deyib: "Həyatımı bölüşəcək birisi olmasını istərdim, amma səmimi, dürüst birini tapmaq çox çətindir. Bu yaşda güvənin nə qədər dəyərli olduğunu daha yaxşı anladım".
Ləman
MİA.AZ