Rusiya Ukraynaya danışıqlar üçün yeni məkanın ünvanını və tarixini verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

O, Türkiyə, ABŞ və Səudiyyə Ərəbistanının dəstəyi ilə Ukrayna ilə birbaşa danışıqların davam edəcəyini açıqlayıb.

Ukrayna heyəti ilə danışıqların ilk raundunun mayın 16-da İstanbulda keçirildiyini xatırladan Lavrov bildirib ki, orada əldə olunan razılaşmaya əsasən, 1000 nəfərin 1000 nəfərə əsir mübadiləsi həyata keçirilib: "Həmin görüşdən sonra Rusiyanın daim sülhə nail olmaq üçün memorandum hazırlamaqdadır. Prezident Putinin müşaviri Vladimir Medinskinin başçılıq etdiyi nümayəndə heyətimiz bu memorandumu Ukrayna nümayəndə heyətinə təqdim edəcək. Bunun üçün iyun 2-də yenidən İstanbulda görüşməkdə qərarlıyıq. Biz birbaşa danışıqların ikinci turunun da İstanbulda keçiriləməsi barədə Ukraynaya da öz təklifimizi verdik".

Lavrov daha sonra Türkiyəyə prosesə töhfə verdii üçün təşəkkür edib: “Moskvaya səfərində Türkiyənin xarici işlər naziri Hakan Fidana qonaqpərvər türk platforması təqdim etdiklərinə görə minnətdarlıq etdim. Onlara bir daha təşəkkürümü bildirmək istəyirəm. Hesab edirəm ki, sülh prosesində maraqlı olan hər kəs İstanbuldakı növbəti görüşü də dəstəkləməlidir".

Samir MUSAYEV
MİA.AZ