"Türkiyə ilə Fələstin mövzusunda ortaq fikirlərimiz var. Qəzza və İordan çayının qərb sahilində baş verənlər qəbuledilməzdir".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada Türkiyə XİN başçısı Hakan Fidanla birgə mətbuat konfransında deyib.
O, nazir Fidanın başçılıq etdiyi nümayəndə heyətini Moskvada qəbul etməkdən məmnunluğunu ifadə edib.
Bildirb ki, həmkarı ilə bir çox məsələlər ətrafında müzakirə aparıblar: "Biz Qəzzadakı və YaxınŞərqdəki məsələlər ətrafında da danışdıq. Fikirlərimiz və mövqeyimiz çox hallarda üst-üstə düşür"
Lamiyə Əhmədli
MİA.AZ