İndoneziyanın Sumatra adasındakı Benqkulu şəhəri yaxınlığında 5,7 bal gücündə zəlzələ olub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, zəlzələnin episentrinə yaxın Benqkuluda 100-dən çox ev və 6 dövlət və ictimai obyekt dağılıb.
İndoneziya Meteorologiya, İqlim və Geofizika Agentliyindən bildirilib ki, zəlzələ 68 kilometr dərinlikdə baş verib.
Hökumət sözçüsü Əbdül Muhari bildirib ki, zəlzələdən sonra Benqkulunun mərkəzində 100-dən çox ev və 6 ictimai obyekt zərər görüb. Bundan başqa, şəhər mərkəzində 8 ev dağılıb: "Evlər və iş yerlərinin bərpası üçün yardım göstəriləcək".
Tahir Şəlvəli
MİA.AZ