Prezidentin köməkçisi Hikmət Hacıyev Avropa İttifaqının (Aİ) Xarici Fəaliyyət Xidmətinin baş katibi Belen Martinez Karbonellə görüşüb.

Bu barədə Aİ rəsmisi “X”də paylaşım edib.

Paylaşımda deyilir: "Biz Aİ-Azərbaycan münasibətlərini, Aİ-nin Azərbaycan-Ermənistan arasında normallaşma prosesinə dəstəyini və regional hadisələri müzakirə etdik. Aİ regionda sülh və tərəqqiyə sadiqdir”.

MİA.AZ