Türkiyə prezidenti və hakim partiya lideri Ərdoğan erkən seçki tələbini rədd etsə də, müxalifət bunu tələb edir. 

Bəs, vaxtından əvvəl seçki olsa, xalq kimə səs verər?

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə ORC Araşdırma Mərkəzi 41 şəhərdə sorğu keçirib.

Mərkəz respondentlərə "Bu bazar günü parlament seçkisi olsa, hansı partiyaya səs verərsiniz?", - sualını ünvanlayıb.

Məlumata görə, rəyi soruşulanlardan 30,5 faiz CHP-yə səs verəcəklərini açıqlayıb: "Ərdoğanın  lideri olduğu AKP 28,2 faizlə ikinci, MHP isə 7,5 faizlə üçüncü olub. Son seçkidə 9 faiz səs toplayan İYİ Partiyası isə Zəfər Partiyasından geri qalıb..."

Firudin Səfərli
MİA.AZ