Keçmiş qəssab, indi isə məşhur aşbaz və pizzacı olan fransız Filip Snayder dəhşətli qətl törətdiyini etiraf edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, 2023-cü ildən itkin düşən Georges Meiçi özünün ödürdüyü boynuna alıb.
Aşpaz istintaqa bildirib ki, bu qətlə həyat yoldaşı Nathalie Caboubassinin əli olmayıb: "Həmin adam bizim evə oğurluğa girmişdi. Biz onu tutduq, əl-qolunu bağladıq. Sonra işimizin dalıycan getdik. Döndükdə, onun öldüyünü gördüm. Bəli, 60 yaşlı həmin şəxsin meyitini itirmək üçün parçalara ayırdım, maşını, ayaq və əllərini yandırdım, bədənini isə hissələrə bölüb hərəsini bir yana tulladım. Çox az bir qism ətindən isə dini rituallara uyğun olaraq tərəvəzlə bişirib qoxusunu yaydım..."
Fransa mətbuiatı yazır ki, Meşiçinin qızı atasınln itkin düşməsindən bir neçə gün sonra telefonuna mesaj gəldiyini bildirib: "Atam heç vaxt hara getməsi barədə mesaj yazmazdı. ncaq bu mesajda yazırdı ki, narahat olmayaq, Britaniyaya bir dostu ilə dincəlməyə gedir".
Xəbərdə o da deyilir ki, cinayət işi üzrə məhkəmə bu gün hökmünü verəcək.
Tahir Şəlvəli
MİA.AZ