ABŞ-ın Yuta ştatında "cırcır" deyilən böcəklər həyatı iflic edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, artıq böcəklər şəhəri işğal edib, insanlar rahat şəkildə ev və iş yerlərinin qapı-pəncərələrini aça bilmir.
Məlumata görə, film kimi hadisə əhalini stresli vəziyyətə salıb: "Pis budur ki, bunlara dərmanlar təsir etmir və günü gündən sürüləri hər yanı basır..."
Yerli hökumət isə onları mərkəzi və məhəllə yollarından təmizləmək üçün məcburən qartəmizləyən maşınları da işə salıb: "Bu maşınlar da küçələrin həmin böcəklərdən təmizlənməsinə yönəldilib..."
Yerli əhali bu hadisəni "qiyamət" sayır
Kənd təsərrüfatı və ətraf mühit üzrə ekspertləri deyirlər ki, bu, iqlim dəyişikliyi lə əlaqəlidir: "İsti hava şəraiti davam edərsə, belə işğal faktları sürətlə artacaq".
Tahir Şəlvəli
MİA.AZ