Banqladeşin şimalındakı Şerpur şəhərində maraqlı hadisə yaşanıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, 30 fil və balaları əhalinin toplaşdığı izdihama hücum çəkib.

Məlumata görə, nəticədə 2 nəfər faciəli şəkildə həyatı ilə vidalaşıb, 10-dan çox insan isə yaralanıb: "Əyalətinin Çhenaigati bölgəsində hadisə zamanı fillər iki nəfəri ayaqları ilə əzərək öldürüb. Əzilən 10 nəfər isə çətinliklə ölümdənxlas edilib. Onlardan bəzilərinin vəziyyəti çox ağırdır..."

Tahir Şəlvəli
MİA.AZ