Türkiyə mafiyasının əsas liderlərindən biri Sedat Peker keçmiş daxili işlər naziri Süleyman Soylunun BƏƏ-yə gələrək orada onunla barışmaq cəhdi barədə yayılan xəbəri təkzib edib. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, sabiq naziri heç vaxt bağışlamayacağını deyib: "Məni tanıyan hər kəs bilir ki, edilən pisliyi və yaxşılığı heç vaxt unutmuram. Yaşadığım müddətdə heç vaxt bağışlamayacağım barışmayacağım üç insan var. Dediyiniz şəxs (Soylunu nəzərdə tutur -Mia.az) bu üç nəfərdən biridir".

Sedet Peker Türkiyəyə gələcəyi təqdirdə həbs olunacağını da gözlədiyini bildirib: "Haqqımdakı qırmızı bülletenli axtarış qərarı ləğv olunsa da, Türkiyəyə qayıtmağı düşünmürəm. Çünki mənim barəmdə iki ayrı qiyabi həbs qərarı var. Dönsəm, məni məhkəmə tarixinə qədər həbsdə saxlayacaqlar...".

Firudin Səfərli
MİA.AZ