Türkiyənin 47 şəhərində İŞİD-ə qarşı növbəti əməliyyat keçirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

Nazir bildirib ki, son iki həftə ərzində 47 şəhərdə baş tutan uğurlu əməliyyatla terror təşkilatı İŞİD-ə bu və ya digər formada yardım göstərən 298 nəfər saxlanılıb: "Adana, Adıyaman, Ağrı, Amasya, Ankara, Antalya, Aydın, Balıkəsir, Biləcik, Bolu, Bursa, Çorum, Dənizli, Diyarbakır, Düzce, Elazığ, Qaziantep, Hatay, İstanbul, İzmir, Kahramanmaraş, Kayseri, Kırıkkale, Kırşehir, Konya, Kocaeli Nevşehir, Ordu, Sakarya, Samsun, Sivas, Şanlıurfa, Tekirdağ, Yalova Yozgat və digər bölgələrdə İŞİD terror təşkilatına maliyyə vəsaiti və təşkilatın təbliğatını aparanlar bir-bir aşkarlanaraq qandallanıblar. Əməliyyatlar zamanı onlardan sənədsiz tapançalar və çoxsaylı təşkilati sənədlər götürülüb".

Nazir qeyd edib ki, heç bir terror təşkilatı üzvlərinin ölkədə rahat nəfəs almasına imkan verilməyəcək.

Firudin Səfərli
MİA.AZ