"Vaşinqtonun qəzzalıların Liviyaya zorla köçürülmə planı haqqında deyilənlər yalandır, həqiqəti əks etdirmir. Biz bununla bağlı yalnız və yalnız könüllü köçü təşviq etmişik".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri ABŞ dövlət katibi Marko Rubio Senatın Xarici Əlaqələr Komitəsinin dinləmələrində deyib.

O, bildirib ki, qəzzalıların deporttasiyası haqqında iddialar üzrə heç bir tərəflər təmasda olmayıblar:  "Xeyr, deportasiya planı yoxdur. Lakin bəzi ölkələrlə söhbətimiz onların könüllü şəkildə daha rahat həyatı üçün həmin ölkələrdə yaşamalarına şərait yaradılması üzrə danışıqlarımız olub. Lakin bu, könüllü olmalıdır. Liviya ilə bağlı belə danışıqlarımız da olmayıb".

Samir MUSAYEV
MİA.AZ