"Biz İsrailin son hücum və eskalasiyasını dəhşətlə izləyirik"
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Britaniyanın baş naziri Keir Starmer ölkə parlamentdəki çıxışında bildirib.
Baş nazir qeyd edib ki, günahsız uşaqların amansızlıqla bombardman olunması, onların alov içində qalmaları dözülməzdir: "Son dərəcə vahim durum yaranıb. Bu, belə davam edə bilməz. İsrail dərhal atəşkəsə getməlidir. Mən buir daha onlara çağırış edirəm. Girovları azad etməyin yeganə yolu atəşkəsdir. Biz, eyni zamanda, Qəzza xalqının aclıqdan ölməsinə icazə verə bilmərik"
Tahir Şəlvəli
MİA.AZ