Artıq 25-ci çempionluğunu rəsmiləşdirən "Qalatasaray" klubunda bayram hazırlıqları sürür.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Yenikapı meydanında keçiriləcək bayram mərasimində səhnəyə məşhur müğənnilər dəvət olunacaq.

Xəbərə görə, azarkeşləri feyziyab edəcək müğənnilər arasında Hadisə, Edis, Altay, Kənan Doğulu, Sıla və Emir Can İğrek kimi məşhur müğənnilər də olacaq.

Fərid ASLAN
MİA.AZ