İsrail əsilli Türkiyə vətəndaşı, məşhur müğənni Linet Mor Menaşe Ərdoğanın baş müşaviri ilə rektoru üz-üzə gətirib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Prezidentin baş müşaviri Oktay Saral israilli müğənni Linetə dəstək verən AKP-nin keçmiş millət vəkili, hazırda Ankara Hacı Bayram Vəli Universitetinin rektoru olan Naci Bostancını "topa tutub".

Məlumata görə, buna səbəb rektorun müğənnini müdafiə edərək, onun sənətinin Qəzzada baş verənlərlə əlaqələndirilməsinin doğru olmadıını deməsi olub:

"Vokal sənətçisi Lineti bəyənsəniz də, bəyənməsəniz də, konserti İsrail zülmünə reaksiyanın ünvanı ola bilməz. Niyyətləri aşan bu cür hərəkətlər fələstinlilərə fayda vermir, onlara zərər verir..."

AK Partiya rektoru Naci Bostancının paylaşımına Ərdoğanın baş müşaviri Oktay Saralı qəzəbli reaksiya verib:

"Xeyirdirmi Naci Bostancı? nə var! Qəzzada və dünyanın bir çox ölkəsindəki vəhşilikdən şikayətlənməyəcəksiniz, susacaqsınız, ancaq sionist müğənninin guya qurbanı olubmuş kimi cığallıq edəcəksiniz! Linetdən sənə nə?!"

Müavir rektorun dərhal istefaya göndərilməsini, haqqında isə araşdırma aparılmasınıt ıəlb edib.

Xatırladaq ki,  məşhur müğənni Linet Mor Menaşe Qəzzada savaşın ilk həftəsi günü oradakı müharibəyə münasibətini belə açıqlamışdı: "...Mən 500 il əvvəl - Osmanlı İmperiyası dövründə əcdadlarım Türkiyəyə gələndən bəri bu torpaqda yaşayan yəhudi ailəsinin üzvüyəm. Mən 30 ildir bu torpaqlarda sənəti ilə məşğul olan, bu torpaqlardan çörəkpulu qazanan, bu ölkədə vergi ödəyən Türkiyə vətəndaşıyam. Biz bu torpaqda həmişə müsəlman, xristian və yəhudi olaraq mehriban, qardaş, qonşu kimi yaşamışıq. Bundan sonra da bu şəkildə yaşamağa davam edəcəyik. Hamınız kimi, mən də qan tökülməsini istəmirəm Ailə üzvlərim, balaca qardaşlarım, dostlarım hazırda müharibənin ortasındadırlar. Müharibədə qalib yoxdur. Tökülən qanın dini, dili, irqi yoxdur! Məni mühakimə edib, belə bir məsələ ilə hədəfə götürənin vicdanı olmaz. Şərhlərinizi bildirərkən sizi vicdanlı və sağlam düşüncəli olmağa dəvət edirəm. Arzum budur ki, axan qanlar dayansın və bu müharibə tez bir zamanda bitsin. Bütün dünyasını dəyişənlərə Allahdan rəhmət diləyirəm”.

Ləman

MİA.AZ