"Donald Tramp Danimarkanın tabeliyində olan Qrenlandiyanı ABŞ-ın sərhədlərinə daxil etməkdə israrlıdır".
Mia.az xəbər verir ki, bu məlumatı Ağ Evin sözçüsü Kerolayn Levitt ənənəvi brifinqdə deyib.
O bildirib ki, ABŞ buna hətta lazım gələrsə, hərbi güclə nail olacaq: "Qrenlandiyanın strateji əhəmiyyəti var və bu, Tramp üçün vazkeçilməz hədəfdir"
Lamiyə Əhmədli
MİA.AZ