Bu gündən İsrail ordusu Qəzza zolağının şimalında Beyt Lahiyadakı İndoneziya xəstəxanasını mühasirəyə alıb.

İsrail ordusu hücumlarda yaşayış məntəqələrini, mülki əhalinin toplaşdığı yerləri və köçkünlərin sığındığı çadırları hədəf alıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Qəzzadakı Mülki Müdafiə İdarəsi açıqlama yayıb.

Bildirilib ki, ordu xüsusilə Qəzzanın şimalındakı xəstəxanalara hücumlarını davam etdirir: "Bu kontekstdə  İndoneziya Xəstəxanası PUA-larla havadan, tanklar və buldozerlərlə isə qurudan mühasirəyə alınıb. Artıq xəstəxanaya ara-sıra atəçşlər açılır. Nəticə  etibarı ilə xəstələr arasında yaralananlar var"

İdarə beynəlxalq ictimaiyyəti xəstələri, yaralıları və tibb işçilərini qorumaq üçün təcili müdaxilə etməyə çağırıb: "Buradakı insanlar sağ-salamat təxliyə olunmalıdr".

Tahir Şəlvəli
MİA.AZ