İsrail ordusu Qəzza zolağının şimalında 4 məktəb, bir universitet və xəstəxanaya hücum anonsu verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ordunun sözçüsü Aviçay Adraee bildiriş yayıb.
O, Qəzza İslam Universiteti, Şifa xəstəxanası daxil olmaqla, bir çox məktəbə əməliyyat hazırlığı getdiyini bildirib. O, iddia edib ki, buralarda HƏMAS döyüşçüləri gizləniblər. Mətbuat katibi sivil xalqı həmin ərazilərdən kənarda getməyi tələb edib.
Məlumatda deyilir ki, hədəf alınacaq binalar Qəzza şəhərinin sıx məskunlaşdığı Rimal məhəlləsində yerləşir.
Tahir Şəlvəli
MİA.AZ