Uruqvayın keçmiş prezidenti, "Pepe" kimi tanınan Xose Muxika dünyasını dəyişib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məlumatı ölkənin Prezident Administrasiyası yayıb.
Qeyd olunub ki, Xose Muxika 89 yaşında həyatla vidalaşıb.
O, paytaxtda dəfn olunacaq.
Xatırladaq ki, sadə həyat tərzi keçirən sabiq prezident qida borusunda bədxassəli şişdən müalcə olunurdu. O, ömrünü son illərini kənddə - fermada sadə kəndli kii keçirib. Onu örnəkdavranışı bütün dünyada təqdir edilib.
Onu da qeyd edək ki, Muxika 2009-cu ildə prezident seçkilərində qalib gəlib. O, 2010-2015-ci illərdə Uruqvay prezidenti olub.
Samir MUSAYEV
MİA.AZ