İsrail ordusunun Qəzzadakı əməliyyatı davam edir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bölgənin müxtəlif ərazilərində həyata keçirlən əməliyyatda son 24 saatda daha 46 nəfər həyatı ilə vidalaşıb.

Məlumata görə, daha 73 nəfər isə yaralanıb: "Bununla da 2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağında həyatını itirənlərin sayı 52 min 908 nəfərə, yaralıların sayı isə 119 min 721 nəfərə çatıb"

Tahir Şəlvəli
MİA.AZ