Zahid Oruc,
Millət vəkili
***
Birləşmiş Millətlər Təşkilatı tərəfindən 1992-ci ildə 14 transmilli cinayət növü-terrorçuluq, qanunsuz silah alveri və s.-lə yanaşı, insan alveri və insan orqanları ilə alver də onların sırasına daxil edildi və Müasir Köləlik Formaları Fondu yaradıldı. BMT-nin İnsan Hüquqları Komissiyasının 60-cı sessiyasında 2004/110 saylı qərar çıxarıldı və üç il müddətinə İnsan Alveri, Xüsusilə də Qadın və Uşaq Alveri Üzrə Xüsusi Məruzəçinin təyin edilməsi dövlətlər tərəfindən qəbul edildi.
Beləliklə, İnsan Alveri üzrə Məruzəçi-Milli Koordinator İnstitutu həm beynəlxalq səviyyədə, həm də, ölkəmizdə, insan alveri ilə mübarizə üzrə müstəsna səlahiyyət və məsuliyyət daşıyan önəmli insan hüquqları mexanizmidir və Azərbaycanda uğurlu fəaliyyətinin 20 ili tamam olur.
Bu mandat qlobal əhatəli olmaqla yanaşı, mərkəzi hakimiyyət və dövlət orqanları, eləcə də yerli vətəndaş cəmiyyəti institutları ilə geniş şəkildə təşkil edilir.
Bəllidir ki, insan alveri transmilli cinayətdir və ona qarşı effektiv mübarizə bir neçə müstəvidə: milli, Avropa və BMT səviyyəsində iştirakı zəruri və tələb edir. BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsi (UNODC) çərçivəsində ölkəmiz İnsan alverinə qarşı mübarizəyə mühüm töhfələrini verir.
Bildiyiniz kimi, 2005-ci ildə qəbul edilən “İnsan alverinə qarşı mübarizə haqqında” milli qanunvericilyimizdə istismarın bir neçə forması müəyyənləşdirilib: onlar - məcburi əmək (xidmət), cinsi istismar, köləlik, köləliyə bənzər adətlər və onlardan irəli gələn asılılıq vəziyyəti, insan orqanlarının və toxumalarının qanunsuz götürülməsi, şəxs üzərində qanunsuz biotibbi tədqiqatların aparılması, qadının surroqat ana kimi istifadə edilməsi, qanunsuz, o cümlədən cinayətkar fəaliyyətə cəlb etmə, habelə insanların digər formada istismar edilməsindən ibarətdir.
İnsan alverinə qarşı mübarizə ölkəmizin insan hüquqlarının müdafiəsi və təşviqi, eləcə də mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində əsas istiqamətlərindən biridir.
Hər bir dövlət orqanın uğuru ilk növbədə, ona xalqın inamı və etibarı, o cümlədən, dövlət hakimiyyət orqanları arasında konstitusion vəzifələrini düzgün həyata keçirməsi, öhdəliklərinə əməl etməsi və beynəlxalq əlaqələrini yüksək səviyyədə qurması ilə müəyyənləşir. Tam əminliklə deyə bilərik ki, yaranma tarixi müstəqil dövlətçiliyimizlə yaşıd olan milli polisimiz dövlətimizlə birlikdə şərəfli yol keçib, Ulu öndər Heydər Əliyevin hüquq-mühafizə strategiyasının həyata keçirilməsində hər zaman ön sıralarda yer tutub. Azərbaycan son oniulliklərdə insanların təhlükəsizliyinin yüksək səviyyədə qorunduğu ən sabit ölkələrdən biridir.
Ulu öndər Heydər Əliyev DİN-nin fəaliyyətinə həmişə xüsusi diqqət və qayğı göstərib, hələ sovet illərində, daha sonra Naxçıvanda və ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra peşəkar kadrların yetişdirilməsi və hüquqi-mühafizə orqanlarının dövlət idarəçiliyi sistemində nüfuzlu bir instituta çevrilməsində misilsiz tədbirlər həyata keçirib.
2003-cü ildə dövlətçilliyimiz üçün taleyüklü anlarda daxili işlər orqanları prinsipiallıq və qətiyyət göstərəndə Ulu öndərin milli polisimizə etibar kursunu davam etdirən cənab İlham Əliyev beynəlxalq təşkilatların cəza tələblərini qətiyyətlə rədd edərək, ölkəmizdə ictimai təhlükəsizliyə və dövlətimizin qorunmasına dönməz zəmanət qazandı.
Vətən müharibəsi zamanı milli polisimiz sübuta yetirdi ki, onlar təkcə daxildə qanunçuluğun keşiyində və cinayətkarlıqla mübarizədə deyil, həm də silahlı ordumuzla çiyin-çiyinə Vətənin hərbi səngərində dayanırlar. İkinci Qarabağ müharibəsində Azərbaycan polisinin 66 nəfərinin qəhrəmanlıqla şəhid olması, 346 nəfərin yaralanması, 1400 nəfər hərbi qulluqçuya yüksək mükafatların, 4 nəfərə isə “Vətən Müharibəsi Qəhrəmanı” adının verilməsi həmin şərəfli döyüş yolunun parlaq ifadəsidir.
Daxili İşlər naziri Vilayət Eyvazov hər zaman Milli Məclislə yüksək əlaqələrə və birgə faəliyyətə yüksək önəm verir, millət vəkillərinin çoxsaylı müraciətlərinə həssaslıq və qayğıkeşliklə yanaşır, problemlərin operativ həllinə çalışır.
Lakin qəhrəman şəhid polislərimizin xidmətlərini təbliğ və təqdim etməyə deyil, ləkələməyə və gözdən salmağa çalışan, dövlət-polis- cəmiyyət arasında nifaq-qarşıdırma mühiti yaradaraq, ölkəmizi yenidən 90-cı illərin silahlı və quldur dəstələrinin meydanına çevirməyə cəhd göstərən bir ovuc xarici terror mediası, onların siyasi sifarişçiləri üçün hakimiyyətə gedən yolu kəsən Azərbaycanın Ermənistan üzərində Qələbəsi əsil faciəyə çevrilib. Nəinki insan, o cümlədən, dövlət və millətini satan Azad söz, Osmanqızı və digər kanallar ABŞ Dövlət Departamentinin bəyan etdiyi “dünyada 50 milyon kölə”nin içərisində yer alaraq, hər gün apardıqları təbliğatla müasir Ukrayna, Suriya ssenarilərinin iştirakçılarına çevriliblər.
Milli Kordinatorun illik Məlumatına keçməzdən əvvəl qeyd edək ki, İnsan alverinə dair qlobal hesabatlara nəzər saldıqda rəqəmlər dəhşətl mənzərəni orataya qoyur.. Monitorinq təşkilatı ( Our Rescue) bildirir ki, hər gün internetdə, sosial mediada 500.000 insan alveri üzrə şəbəkə üzvü onlayn platformlarda azyaşlıları sosial media hesabında tora salmağa çalışır. Beynəlxalq Əmək Təşkilatının hesabatı göstərir ki, məcburi cinsi istismar hər il 173 milyard dollar qanunsuz gəlir gətirir.
Aşkar edilmiş qurbanların sayında artım: 2022-ci ildə qlobal miqyasda aşkar edilmiş insan alveri qurbanlarının sayında 2019-cu illə müqayisədə 25% artım var. (unis.unvienna.org)
Uşaq Qurbanlar: Uşaqlar aşkar edilmiş qurbanların 38%-ni təşkil edib, 2019-cu ildən bəri uşaqların aşkarlanması 31% artıb. Qızlar aşkarlanmalarda daha kəskin 38% artım müşahidə ediblər. BMT Narkotiklərlə mübarizə üzrə idarə
Gender Bölgüsü: Qadınlar və qızlar aşkar edilmiş qurbanların 61%-ni təşkil edirdi. Yetkin qadınlar 39%, qızlar isə 22% təşkil edib.
İstismar formaları: Məcburi əmək insan alverinin ən geniş yayılmış forması kimi ortaya çıxıb və aşkar edilmiş qurbanların 42%-ni təşkil edib və cinsi istismarı 36%-i ötüb. Məcburi cinayət, o cümlədən onlayn fırıldaqlar üçün insan alveri 2016-cı ildəki 1%-dən 2022-ci ildə 8%-ə yüksəlib.
İnsan Alveri Marşrutları: Afrika ölkələrindən olan qurbanlar 128 müxtəlif ölkəyə insan alverinə məruz qalmış, bu da Afrikanı əhəmiyyətli bir mənbə bölgəsinə çevirmişdir.
Lakin “İnsan Alverinə Qarşı Fəaliyyət üzrə Ekspertlər Qrupu” GRETA-nın hesabatında ölkəmizlə bağlı irəliləyişlər, müsbət təcrübələr vurğulanır. Önəmli münasibət: qurban mərkəzli və insan hüquqlarına əsaslanan yanaşmanın inteqrasiya edilmiş tətbiqidir. Azərbaycan üzrə onlarla dövlət və qeyri-hökümət təşkilatlarının insan alveri üzrə datanın toplanması, təhlili, qarşısının alınması üçün səmərəli və innovativ proqramların, gələcək siyasət tədbirlərinin planlaşdırılması xüsusi qeyd edilir.
GRETA-nın 13-cü Ümumi Hesabatında Azərbaycanın 2018-ci ildən sonra insan alverinə qarşı mübarizədə göstərdiyi səylərin hərtərəfli qiymətləndirilməsinə əsasən, tərəqqi və inkişaf kimi təkmilləşdirilmiş hüquqi və İnstitusional Çərçivənin yaardılmasını, qurbanlara Dəstək xidmətlərini, məhkumların artmasını müsbət hall kimi dəyərləndirib.
Beynəlxalq Qiymətləndirmər sahəsində əsas indekslərdən olan ABŞ Dövlət Departamenti İnsan Alveri Hesabatında Azərbaycanın reytinqini “2-ci dərəcəli müşahidə siyahısı”na qalmaqada davam edir və qərarın siyasi amillərlə bağlı olduğuna şübhə yoxdur. Biz indikatorlara müvafiq dövlət-hökumət orqanlarının tədbirlərinin obyektiv qiymətləndirilmədiyini və ölkəmizin məqsədli olaraq, layiq olmadığı yerdə göstərildiyini bəyan edirik. Əsaslı arqumentlərimizi plenar iclasda təqdim edəcəyik.
Ötən ilki Məlumatın mündəricatından fərqli olaraq bu il qanunvericilik bölməsi Profilaktika, maarifləndirmə, təlim və treninqlər bölməsi ilə birləşdirilib.
Məlumatda Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən tikinti obyektlərində əmək münasibətlərinin tənzimlənməsi məqsədilə keçirilmiş 30 səyyar yoxlama zamanı 1.002 işçidən 57-nin əmək və ya xidməti (mülki) müqaviləsinin olmadığı aşkarlanmış, 12 işəgötürən hüquqi və fiziki şəxs barəsində 105.000 manat məbləğdə inzibati cərimə tətbiq edilmişdir.
Dövlət Əmək Müfəttişliyi Xidmətinin vətəndaş müraciətləri əsasında apardığı yoxlamalarla isə 676 (+164) şəxsin əmək müqaviləsi olmadan işləməsi müəyyən edilərək işəgötürənlər ümumilikdə 2.643.000 (+268.600) manat məbləğdə, habelə 7 fakt üzrə işçini əmək funksiyasına aid olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etməyə görə aidiyyəti vəzifəli şəxslər 8000 manat məbləğdə cərimələnmişdir. Ötən ilki hesabatda əmək müqaviləsi olmadan işləyənlərin sayı 512 (+143); əmək müqaviləsi olmadan işləməsi faktı aşkarlanaraq işəgötürənlər ümumilikdə 2.374.400 (+591.900) manat məbləğdə cərimələndiyi məlumatları öz əksini tapmışdır.
Daxil olan müraciətlərə baxılması zamanı aşkarlanmış 15 yaşına çatmamış şəxsi işə cəlb etməklə bağlı daha 2 fakt üzrə təqsirkar şəxslər barəsində ümumilikdə 4.000 manat inzibati cərimə tətbiq edilmişdir - məlumat ötən illə müqayisədə eynidir.
Keçirilən reydlər zamanı isə küçə həyatına məruz qalan, o cümlədən dilənçilik edən və qeyri-qanuni qulluğa cəlb olunan 616 azyaşlı müəyyən edilərək (ötən il 342) onları hüquqazidd əməllərə təhrik etmiş 354 valideyn (ötən il 345 valideyn) haqqında qanunauyğun tədbirlər görülmüş, eyni zamanda icra hakimiyyətləri yanında fəaliyyət göstərən komissiyalara, qəyyumluq və himayədarlıq strukturlarına uşaqların sosial problemlərinin həlli məqsədilə 490 material (ötən il 504) göndərilmişdir.
Hesabatda qeyd edilir ki - “152” Qаynаr xəttinə dахil оlmuş 10.254 (+628) zəngin hər biri araşdırılmış, eləcə də təşəbbüskarlar hüquqları izah edilməklə aidiyyəti üzrə yönləndirilmişdir. Ötən il müvafiq müraciətlər - 9.626 (-197) təşkil edib.
2024-cü ildə “Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanun layihəsi hazırlanıb, razılaşma mərhələsindədir. “2025─2030-cu illər üçün Milli Fəaliyyət Planı”nın layihəsi hazırlanaraq rəy və təkliflərin bildirilməsi üçün aidiyyəti dövlət orqanlarına təqdim edilib.
• 2005-2024-cü illərdə məsuliyyətə cəlb edilən insan alverçilərinin cinsi mənsubiyyəti təəssüflər olsun ki, 552-i qadın, 98-i kişidir.
• Ötən ilki hesabatda müvafiq rəqəmlər - 541 qadın, 95 kişi təşkil edib.
• 2005-2024-cü illərdə məhkəmə məsuliyyətinə cəlb edilmiş insan alverçiləri – 650 nəfər (ötən il 636) təşkil edib.
• Ağır Cinayətlər Məhkəməsi tərəfindən insan alverçilərinə tətbiq edilən cəzalar – 1-i azadlıqdan məhrum etmə, 4-ü şərti cəza olub. Ötən ilki hesabatda 11 azadlıqdan məhrum etmə cəzası mövcud idi.
• İnsan alveri ilə bağlı – 15 (ötən il 17); digər cinayətlərə görə - 15 axtarışda olan (ötən il 6), təqsirləndirilən şəxslər var.
Yekunda bir daha vətəndaşlarımızın təhlükəsiz şəraitdə yaşamasının, cinayət əməllərindən qorunmasının təmin edən güc strukturları insan alveri ilə mübarizə sahəsində də öz işlərini ildən-ilə təkmilləşdirirlər. Ona görə də Məlumatı qənaətbəxş sayır, inanırıq ki, millət vəkilləri və dəvət olunan qonaqların birgə iştirakı ilə sənəd plenar iclasa tövsiyyə olunacaqdır.
MİA.AZ