İsrail ordusu Qəzza zolağının şimalında məcburi köçkünlərin sığındığı məktəbi bombalayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstinin WAFA agentliyi məlumat yayıb.

Bildirilib ki, İsrail döyüş təyyarələrinin Cibaliyadakı Fatma bint Əsəd məktəbinin ikinci mərtəbəsini endirdiyi zərbədə 5-i uşaq olmaqla 15 nəfər həyatını itirib: "Çoxlu sayda insan yaralanıb".

Məlumata deyilir ki, İsrail ordusu şimal-şərqindəki Tuffah məhəlləsində bir çox evi  də bombalayıb: "Buradakı itkilər dəqiqləşdirilir".

Tahir Şəlvəli

MİA.AZ