Əlcəzairdə saxta diplomatik pasportlarla ölkəyə daxil olan 2 fransız kəşfiyyatçı saxlanlııb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Əlcəzair dövlət televiziyası süjet yayımlayıb.
Bildirilib ki, Fransa Daxili İşlər Nazirliyinin Daxili Təhlükəsizlik Müdirliyi bölməsində çalışan 2 kəşfiyyatçı Əlcəzairə daxil olarkən şübhəli görünüblər: "Operativ araşdırmayla onların ölkəyə saxta diplomatik pasportlarla girməyə cəhd etdiyi təsdiqlənib. Saxlanılan kəşfiyyatçılar sənədlışmələrdən sonra deport olunublar".
Süjetdə bu hadisə "Fransa Daxili İşlər Naziri Bruno Retailleonun əməliyyatı" olaraq xarakterizə edilib.
Rəsmi paris fakta münasibət bildirməyib.
Xatırladaq ki, son aylar iki ölkə arasındakı müansibətlər kəskin pisləşib.
Zülfiyyə Mustafayeva
MİA.AZ