İraqda qum fırtınası ölkədə vzəiyyəti ağırlaşdırıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, qum fırtınası nəticəsində çoxsaylı yol qəzaları olub.
İlkin məlumata görə, bu səbəbdən baş verən yol qəzalarında 14 nəfər ölüb, çoxlu xəsarət alanlar var: "Ən çox qəza halları Diyala, Kərkük, Ərbil, Səlahəddin və Süleymaniyyə kimi bir çox şəhərdə olub. Burada qum fırtınası səbəbindən nəfəs darlığı çəkn 400-dək insan isə xəstəxanalara yerləşdirilib".
Məlumata görə, vətəndaşları, xüsusən də tənəffüs problemi olanları evlərini tərk etməməklə bağlı ard-arda xəbərdarlıqlar olunub.
Tahir Kərimli
MİA.AZ