ABŞ prezidenti Donald Tramp dini etiqad azadlığı komissiyası yaradır.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə o, Ağ Evin bağçasında xristian, yəhudi və müsəlman din xadimlərinin də iştirak etdiyi yeni qurumun yaradılması barədə imzalanma mərasimində açıqlama verib.
Amerika dini dəyərlərinin ictimai həyat və sferada mühüm yerə sahib olduğunu ifadə edən Trampın sözlərinə görə yeni qurumla birgə dini Ağ Evə qaytaracaq: "Ağ Evdə indyədək belə bir şey edilməyib. Mənə qədər heç bir prezident buna icazə verməyib. Deyirlər ki, kilsə və dövlət, yəni, din və dövlət ayrı olmalıdır. Amma ayrılıq olsun, ya olmasın, siz hazırda olmanız olan yerdə - Ağ Evdəsiniz. Biz dini ölkəmizə qaytarırıq və bu, mühüm məsələdir".
Donald Tramp əlavə edib ki, dini etiqad azadlığı komissiyası ilə ABŞ-da bütün din mənsublaırnın azad şəkildə özlərini ifadə etməsinə zəmin yaratmaqla yanaşı, antisemitizmlə mübarizə istiqamətində də mühüm olacaq.
Qeyd edək ki, Trampdan sonra xristian, yəhudi və müsəlman din xadimləri tribunaya çıxaraq birgə dua ediblər.
Zülfiyyə Mustafayeva
MİA.AZ