Bakıda dələduzluq edən 65 yaşlı şəxs saxlanılıb.
Mia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, paytaxtın Binəqədi rayonu ərazisində dələduzluq hadisəsi qeydə alınıb.
Belə ki, əmlakın sənədləşdirilməsi vədi ilə bir nəfəri aldadıb 30 min manatını ələ keçirən 65 yaşlı Ə.Məmmədov saxlanılıb.