"Rusiya-Ukrayna müharibəsində indiyədək 600-dən çox şimali koreyalı hərbçi həlak olub".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu şok məlumatı Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti yayıb.
Kəşfiyyat bildirib ki, bununla yanaşı, 4000-ə yaxın şimali koreyalı hərbçi yaralanıb.
Xəbərdə Şimali Koreyanın Rusiyaya dəsətk məqsədiylə indiyədək Ukrayna cəhbəsində 15 minə yaxın əsgər göndərdiyi də xatırladılıb.
Firudin Səfərli
MİA.AZ