Aprelin 26-da İranın Fars körfəzi sahilindəki Bəndər Abbas limanında baş verən partlayışda ölənlərin sayı artıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.
Telekanala açıqlama verən Hörmüzqan vilayətinin rəhbəri Məhəmməd Aşuri limanında ölənlərin sayının 65-ə yüksəldiyini adeyib: "Yanğın tamamilə söndürülüb. İnd əsas vəzifəmiz partlayış yerində həyatını itirənlərin cəsədlərinə aşkarlamaq və onları dəfn etməkdir..."
Xatırladaq ki, aprelin 26-da günorta Bəndər Abbas limanında şiddətli partlayış baş verib. Nəticədə ölənlərlə yanaşı, 1000-dən çox insan yaralanıb.
Firidin Səfərli
MİA.AZ