ABŞ-ın Elizabeth City Dövlət Universitetinə silahlı hücum olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə bir nəfər ölüb, 6 nəfər yaralanıb.

Şimali Karolina poliisndən bildirilib ki, hadisə universitetdə Vikinq Festivalının son günündə baş verib: "Ölən şəxs tələbə deyil, yaralılar  xəstəxanaya aparılıb. Fakt araşdırılır".

Hüquq-mühafizə orqanları əlavə məlumat verməkdən yayınıb.

Zülfiyyə Mustafayeva
MİA.AZ