İsrail ordusu Qəzza zolağının cənubundakı əl-Məvasi bölgəsini bu gün səhər saatlarında bombalayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə ölən və yaralananlar var.
Fələstin Səhiyyə Nazirliyindən bildirilib ki, əl-Məvasi bölgəsində bir çadır da vurulub: "Nəticədə çadırda olan 5 nəfərlik ailə - ana, ata və 3 uşağı həyatını itirib".
Məlumatda deyilir ki, bununla yanaşı, Xan Yunis şəhərində bombalanıb. Lakin buradakı itkilər haqqında informasiya verilməyib.
Tahir Şəlvəli
MİA.AZ