Taylandın Praçuab Kiri Xan əyalətində kiçiktutumlu mülki təyyarə qəzaya uğrayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, qəza nəticəsində təyyarə dənizə düşüb.
Məlumata görə, təyyarədə olan 6 polis əməkdaşı hadisə yerinə həlak olub.
Tayland polisindən bildirilib ki, polis təyyarəsi Praçuab Kiri Xan əyalətinin Hua Hin bölgəsində paraşüt təlimindən əvvəl sınaq uçuşu üçün havaya qalxıb: "Sınaq uçuşu zamanı yerli vaxtla saat 08:00 radələrində “DHC-6-400 Twin Otter” modelli təyyarə Hua Hin hava limanı yaxınlığında dənizə düşüb. Qəzada təyyarədə olan 6 polis əməkdaşı həyatını itirib. Faktla bağlı araşdırma başlanıb".
Zülfiyyə Mustafayeva
MİA.AZ