ABŞ döyüş təyyarələrinin Yəmənin Marib və Əmran əyalətlərinə zərbələr endirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Yəməndə husilərə məxsus əl-Məsirə televiziyası məlumat yayıb.

Bildirilib ki, ABŞ ordusu Maribin Medqal bölgəsinə 4, Amranın Harf Süfyan bölgəsinə isə 2 hava hücumu həyata keçirib.

Telekanal ölən, yaralanan və dağıntılar haqda məlumat verməyib.

Zülfiyyə Mustafayeva
MİA.AZ