İraqda yaralanan Türkiyə hərbçisi şəhid olub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, aprelin 22-də Pəncə-Kilit Əməliyyatı bölgəsində PKK üzvlərinin hücumu nəticəsində ağır yaralanan hərbçi Berat Mecit Dayın müalicə aldığı xəstəxanada bu gün vəfat edib: "Şəhidimizə Allahdan rəhmət diləyirik. Bizi dərindən kədərləndirən hadisə ilə əlaqədar ailəsinə, Türkiyə Silahlı Qüvvələrinə və soylu millətimizə başsağlığı və səbr diləyirik”.
Firudun Səfərli
MİA.AZ