Türkiyənin İzmir şəhərində İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib.
Mia.az Türkiyə mətbuatına istinadıa xəbər verir ki, bu barədə İzmir Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, əməliyyatla 13 nəfər saxlanılıb: "Onlardan 12-si suriyalıdır.Şübhəlilərin evlərində aparılan axtarış zamanı 1 milyon 361 min lirə, qızıl və rəqəmsal materiallar ələ keçirilib".
Məlumatda o da deyilir ki, daha iki nəfərin isə axtarışı davam edir.
Firudin Səfərli
MİA.AZ