"İsrail 50 gündür Qəzzaya bütün növ yardımları buraxmır".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri BMT-nin sözçüsü Stefan Düjarrik jurnalistlərə açıqlamasında deyib.
Dujarrik bildirib ki, BMT-nin Humanitar İşlər üzrə Koordinasiya Ofisi (OCHA) 50 gün ərzində Qəzzaya bir dənə də olsun ərzaq, yanacaq, dərman və ya digər zəruri əşyaları keçirə bilməyib: "Bu, ərzaq ehtiyatlarının demək olar ki, tükədib. Bu vəziyyət Qəzza xalqına dəhşətli gün yaşadır"
Mətbuat katibi martın 23-də Rəfahda 15 səhiyyə və mülki müdafiə işçisinin öldürüldüyü hadisə ilə bağlı suala cavabda deyib ki, bu hadisəni törədənlər məsuliyyətə cəlb olunmalıdır: "İsrail onları mühakimə etmədir"
.
Tahir Şəlvəli
Mia.az