İsrail ordusu Qəzza şəhərində məcburi köçkünlər üçün yemək yardımı məkanını bombalayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Qəzza Mülki Müdafiə İdarəsinin direktoru Raid Dahşan açıqlama verib.
O bildirib ki, İsrail ordusu Qəzza şəhərinin mərkəzindəki stadionda məcburi köçkünlər üçün yemək hazırlanan çadıra zərbə endirb: "Zərbə nəticəsində mətbəx qaz balonlarının da partlaması nəticəsində daha böyük yanğın yaranıb və 5 nəfər hadisə yerində həyatını itirib, 4 nəfər isə yaralanıb. Onların arasında qaıdn və uşaq da var"
Tahir Şəlvəli
Mia.az