Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Türkiyə xarici işlər naziri Hakan Fidan ilə görüşüb.

Mia.az Xarici İşlər Nazirliyinə istinadla bildirir ki, görüşdə Azərbaycan-Türkiyə müttəfiqlik gündəliyində duran siyasi, təhlükəsizlik, iqtisadiyyat, nəqliyyat-kommunikasiyalar, humanitar məsələlər, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, habelə qarşılıqlı maraq doğuran təhlükəsizlik məsələləri müzakirə olunub.