İsrail ordusu son 24 saatda Qəzza zolağında Xan Yunus şəhərinə fasilələrlə ardıcıl zərbələr endirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə 8 nəfər həlak olub, 30-a yaxın şəxs yaralanıb.

Bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İsrail bir evlə yanaşı, fələstinlilərin sığındığı çadırları da bombalayıb: "Hazırda itkilərlə bağlı dəqiqləşmələr aparılır".

Onu da qeyd edək ki, bu itkilərlə 7 oktyabr 2023-cü ildən etibarən Qəzza zolağında həyatını itirən fələstinlilərin sayı 50672-yə, yaralıların sayı isə 115233-ə yüksəlib.

Tahir Şəlvəli
MİA.AZ