İsrailin Azərbaycandakı səfiri Corc Dik Xocalı soyqırımının 33-cü ildönümünə görə Azərbaycana başsağlığı verib.

Mia.az xəbər verir ki, bu barədəo, belə bir paylaşım edib: "Bu gün biz 1992-ci il Xocalı faciəsində həlak olanların xatirəsini ehtiramla yad edirik. İsrail adından Azərbaycan xalqına başsağlığı verirəm. Bu cür faciələr bizə nifrətə və ədalətsizliyə qarşı birləşərək ümumi insanlığımızı müdafiə etmək borcumuzu xatırladır”.