"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti son 3 həftədir heyətə daxil etmədiyi türkiyəli futbolçu Arda Gülər haqqında sualları cavablandırıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, bu barədə La Liqanın 25-ci turunda Santiaqo Bernabeu stadionunda "Jirona"ya 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra danışıb.
O, "Türk futbolçunun vəziyyəti necədir? Fiziki problemi var? Niyə oynamır?", - sualına belə cavab verib: “O, əla vəziyyətdədir və oynamağa hazırdır".
Fərid ASLAN
MİA.AZ