Səudiyyə Ərəbistanı Pro Liqasının 19-cu turunda türkiyəli baş məşqçi Fatih Terimin sükanı arxasında olduğu “Əl-Şəbab” “Əl Khaleej”lə qarşılaşıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ilk hissə 1-1 hesabı ilə bitib. İkinci hissədə isə Terimin komandası 4 qol ataraq meydandan 5-1 hesablı qələbə ilə ayrılıb.
"Əl Şabab"ın qollarını Uesli Hoedt və Abderrazak Hamdallah vurub.
Bu qələbə sayəsində "Əl Şabab" xalını 32-yə yüksəldib. "Əl Khaleej" isə 27 xalda qalıb.
Qələbə fitindən sonra isə klubun gənc prezidenti Mohamad Almunajem meydançaya düşüb. O, Fatih Terim və futbolçularını təbrik edib və mükafat vədi verib.
Fərid ASLAN
MİA.AZ