Superliqada oynayan "Hatayspor" 30 yaşlı qapıçı Erce Kardeşlərlə yollarını ayırıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə klub bildiriş yayıb.
Məlumatda deyilir: “Kapitanmız, qolkiper Erce Kardeşler ilə qarşılıqlı razılaşma əsasında yollarımızı ayırdıq. Erce Kardeşlərə komandaya indiyə qədər verdiyi töhvəyə görə təşəkkür edir və gələcək karyeralarında sonsuz uğurlar arzulayırıq”.
Xatırladaq ki, 2022-ci ildə "Trabzonspor"dan "Hatayspor"a transfer olunan Erce Kardeşler hələlik klubsuz qalıb.
Fərid ASLAN
MİA.AZ