"Qalatasaray" Mario Leminanı "Vulverhempton"dan satın alıb.
Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə sarı-qırmızılı komanda məlumat yayıb.
Məlumatda deyilir: "Peşəkar futbolçu Mario Rene Junior Leminanın transferi ilə bağlı ""Vulverhempton" Futbol Klubu ilə razılıq əldə olunub. Anlaşma əsasən, futbolçunun keçmiş klubuna 2 milyon 500 min avroluq transfer haqqı ödəniləcək".
Bildirilib ki, futbolçu ilə 2024-2025-ci il mövsümündən başlayaraq 1.5+1 illik müqavilə imzalanıb.
Xatırladaq ki, Lemina bu mövsüm "Vulverhempton" komandasında cəmi 19 oyuna çıxıb 1 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Fərid Aslan
MİA.AZ