Səudiyyə Ərəbistanının "Əl-Hilal" komandasından ayrılan məşhur brazilyalı hücumçu Neymar 12 il əvvəl forma geyindiyi Braziliyanın "Santos" komandasına dönüb.
Mia.az xəbər verir ki, bu barədə Neymarın özü sosial media hesabında yazıb: "Meydana qayıtmaq istəyirəm. Futbol oynamaq məni bu həyatda ən xoşbəxt edən şeydir. Yalnız "Santos" kimi klub mənə qarşıda duran çətinliklərin öhdəsindən gəlmək üçün güc verə bilər".
Bildirildiyinə görə, Neymarla 6 aylıq müqavilə imzalanıb.
Xatırladaq ki, Neymar "Əl-Hilal" komandasında cəmi 7 matça 1 qol vurub, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Fərid ASLAN
MİA.AZ