"Qalatasaray" klubu son bir neçə ay ərzində Baş məşqçi Okan Burukla "yola getməyən" futbolçusunu satıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Qətərin "Əl-Duhail" komandası "Qalatasaray"la yollarını ayıran 31 yaşlı Mərakeş millisinin futbolçusu Hakim Ziyeçi artıq heyətinə qatıb.
Klubdan bildirilib ki, mərakeşli sağ cinah oyunçu ilə artıq müqavilə imzalanıb.
Müqavilənin müddəti və dəyəri haqda isə informasiya verilməyib.
Fərid ASLAN
MİA.AZ