Bu gün İndoneziyanın Yava adasında 3676 metr yüksəklikdə yerləşən Semeru vulkanı püskürüb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Semeru Vulkan Müşahidə Stansiyasının rəsmisi Sigit Rian Alfian açıqlama verib.
O bildirib ki, püskürmə nəticəsində yaranan kül dəniz səviyyəsindən 4776 metr yüksəyə qalxıb.
Rəsmi şəxs əhalini vulkandan uzaq, təhlükəsiz ərazilərə köçə çağırıb.
Tahir Şəlvəli
MİA.AZ