Bu gün səhərə yaxın İranda güclü zəlzələ olub
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Tehran Universitetinin Seysmologiya Mərkəzi açıqlama yayıb.
Bildirilib ki, ölkəninqərbindəki Kirmanşah vilayətinin Qəsri-Şirin şəhərində yerli vaxtla saat 04:32-də 5,1 bal gücündə zəlzələ qeydə alınıb.
Zəlzələ 8 kilometr dərinlikdə baş verib.
Şəhər rəhbərliyi bildiirib k, zəlzələ can və mal itkisinə səbəb olmayıb.
Tahir Şəlvəli
MİA.AZ