“Şamaxı” futbolçusu Emin Zamanov ilə yollarını ayırıb.

Mia.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

2023-cü ilin yanvarından bölgə təmsilçisində çıxış edən E.Zamanov ötən mövsüm I Liqada çempionluq sevinci yaşayıb. O, “Şamaxı”nın formasında ümumilikdə 18 qola imza atıb.